Sizin Reklam Burada

Mark “Meta”nın 1,28 milyon səhmini 428 milyona satdı

Mark “Meta”nın 1,28 milyon səhmini 428 milyona satdı“Meta”nın təsisçisi və baş direktoru Mark Zukerberq 2023-cü ilin son iki ayında şirkətinin təxminən 1,28 milyon səhmini sataraq, ümumilikdə 428 milyon dollar qazanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin noyabr-dekabr aylarında həyata keçirilən əməliyyatların hər biri Zukerberqə 10,4 milyon dollar qazandırıb, maksimal həcm isə dekabrın 28-də qiymətli kağızların satışı olub. Həmin gün Zukerberq 47 664 səhmə görə təxminən 17,15 milyon dollar əldə edib.

İki ildir “Meta” səhmlərini satmayan Zukerberq səhmlərinin bir hissəsini satmaq qərarını son bir ildə qiymətin xeyli yüksəlməsi və hazırda 2021-ci ildə əldə edilən maksimum səviyyəyə yaxınlaşması ilə izah edir.

Markın hazırda sərvəti 125 milyard dollar olaraq qiymətləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər