Sizin Reklam Burada

Qahirədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Qahirədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilibQahirədə yerləşən Misir Azərbaycan Dostluq Cəmiyyətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Misir Azərbaycan Dostluq Cəmiyyətindən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Qahirədə yaşayan soydaşlarımız və Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən tələbələrin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət himni səslənib.

Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən səfir Elxan Poluxov Ulu Öndər tərəfindən təhdid edilmiş bu bayram yalnız Azərbaycanlıların həmrəyliyi bayramı deyil, bu həmçinin dünyada Azərbaycanı sevən və özlərini azərbaycanlılara yaxın və dost hesab edən bütün insanların günüdür və bu mərkəzdə biz onları görürük. Bu hisslər əbədidir.

Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.

Seymur Nəsirov 2023- cü il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə Dostluq Cəmiyyəti tərəfindən silsilə tədbirlər keçirildiyini iştirakçıların diqqətinə çatdıraraq və bu tədbirlərin gələn illərdə də davam etdirəcəyini qeyd etmişdir.

Sonra Misir Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili kursunun misirli müdavimləri, Azərbaycan dilində çıxışlar edərək ölkəmizi vəsf edən şeirlər söyləyiblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər