SEPAH rəsmisi öldürüldü: İran "qisas" elan etdi
Dərc olunub:
26-12-2023, 02:25
İsrail Suriyadakı korpusun baş məsləhətçisinin ölümünə görə məsuliyyət daşıyacaq.
Axar xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) internet saytındakı bəyanatda bildirilib.
“Şübhəsiz ki, yırtıcı və vəhşi sionist rejim bu cinayətin əvəzini ödəyəcək”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, İsrailin hücumu nəticəsində SEPAH müşaviri Seyidrazi Musəvi Suriyada ölüb.