Sizin Reklam Burada

"Geosoyasi proseslər dəyişdikcə Fransanın mahiyyəti ortalığa çıxır"

"Geosoyasi proseslər dəyişdikcə Fransanın mahiyyəti ortalığa çıxır"Hər zaman beynəlxalq hüquqdan danışan Fransa hüquqi prinsipləri çoxdan tapdalayıb. Bu dövlətin Əlcəzairdə və digər Afrika ölkələrində dinc insanlara qarşı törətdiyi soyqırımları heç də uzaq tarix deyil. Zorakı siyasəti ört-basdır etmək məqsədilə Fransa hökuməti beynəlxalq hüququ əlində bayraq edib. Lakin siyasi proseslərdə, bəşəri prinsiplərdə belə çirkin metodologiyalar uğur qazana bilməzdi.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, geosoyasi proseslər dəyişdikcə Fransanın mahiyyəti ortalığa çıxır:

"Son dovrlər Fransanın xarici ölkələrdə casus şəbəkəsinin ifşa olunması xəbərləri, bu dövlətin beynəlxalq aləmdə nüfuzuna çox ciddi zərbə vuracaq. Dünyaya hüquq dərsi keçmək istəyən Fransa Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozaraq dövlətlərin daxili işlərinə qarışıb. Əslində belə ziddiyyətli siyasət çağdaş dünyanın hüquq sistemini zədələyib. Prezident Makron Fransanın xarici siyasət strategiyasını çökdürməkdə davam edir. Onu da unutmayaq ki, zavallı Makron hakimiyyəti dövründə fransız xalqının kef çəkməsi əlçatmaz oldu.

Lakin növbəti seçki dönəmində Fransa seçicisi üçün Makron və onun kimilərdən qurtulmaq əlçatan olacaq. Dünya dövlətləri ilə əməkdaşlıq zorakı siyasətlə deyil, qarşılıqlı maraqlar çərçivəsində sivil prinsiplərə uyğun mümkündür. Bu imkanı Makron mümkünsüz edib".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər