Sizin Reklam Burada

"Azərbaycan partnyor dövlət kimi Çin üçün əvəzedilməzdir"

"Azərbaycan partnyor dövlət kimi Çin üçün əvəzedilməzdir"Beynəlxalq arenada supergüc dövlətlərin öz maraqlarını təmin etmək üçün apardıqları siyasət mahiyyət etibarı ilə formalaşdırılan tərəfdaş ölkələrin nə qədər güclü olmasından asılı olur. Bu ölkələrin güclənməsi qarşılıqlı olaraq güc mərkəzinin də güclənməsi anlamına gəlir. Çin və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərində olduğu kimi. Azərbaycan öz suverenliyini bərpa etməsindən sonra bütün güc mərkəzlərinin diqqət mərkəzindədir.

Avrasiya.net xəbər verir ki, vunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin cənab Prezidentə təbrik məktubunun göndərilməsi də bu diqqətin əyani göstəricisidir, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevə olan dərin hörmət və simpatiyanın təzahürüdür:

"Bu, eyni zamanda, Azərbaycan Prezidenti ilə Çin sədrinin şəxsi dostluq münasibətlərinin nəticəsidir.
Məktubda qeyd edildiyi kimi Azərbaycan və Cinin dost və tərəfdaş ölkələr olması, qarşılıqlı etimad mühitinin yaradılmasında Azərbaycan Prezidentinin səylərinin təsiri böyükdür. Si Cinpinin iki ölkə arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi və Azərbaycan Prezidenti ilə birgə səyləri davam etdirmək istəməsinin kökündə də Azərbaycan Prezidentinin siyasi və insanı keyfiyyətlərinə olan inam dayanır.

Çin və Azərbaycan arasında strateji tərəfdaşlığın formalaşması bərabər hüquqlu münasibətlərin və qarşılıqlı maraq dairələrinin ortaq nöqtələrunun mövcudluğu ilə xarakterizə edilir. Beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit imkanları Çin üçün Azərbaycanın cəlbediciliyini artırır, əlaqələrin daha da dərinləşməsinə təkan verir.

Dünyanın siyasi və iqtisadi mərkəzinə çevrilən Çinin bu gün Azərbaycanın strateji tərəfdaşına çevrilməsinin düzgün proqnoz edilməsi öz strateji tərəfdaşlarını doğru seçim etməsindən irəli gəlir. Çinin yeni dünya düzənindəki rolu baxımından Azərbaycana tranzit ölkə kimi gətirəcəyi dividentlər maddi qazancdan çox stabillik faktorudur. Güclü dövlətin starateji partnyoru da güclü və toxunulmaz olur. Azərbaycan isə belə partnyor dövlət kimi Çin üçün əvəzedilməzdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər