Sizin Reklam Burada

Hindistan İrəvanı yeni müharibəyə hazırlayır

Hindistan İrəvanı yeni müharibəyə hazırlayır2020-ci ildən Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq sürətlə genişlənməyə başlayıb. Buna başlıca səbəbi isə siyasi və regional amillərdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Polkovnik artıq uzun müddətdir ki, Hindistan və Ermənistan arasında hərbi əlaqələrin olduğunu qeyd edib:

“Ölkələr arasındakı bu münasibətlər uzun müddətdir ki, mövcuddur. 2020-ci ildə Ermənistanın müdafiə naziri Hindistanda rəsmi görüşlər keçirdi. Müqavilələr imzalandı və “Pinaka” sisteminin İrəvana verilməsi haqqında razılıq əldə edildi. Bunun əsas səbəbi Azərbaycan və Pakistan dostluğuna görədir, yəni Bakının İslamabada dəstək durmasıdır.

Bildiyimiz kimi Hindistan və Pakistan arasında bir çox mübahisəli məqamlar var. Bu baxımdan da Ermənistanla Hindistan siyasi cəhətdən yaxınlıq edir. Təbii ki, Dehlinin bu addımı regionda sülhün bərqərar olmasına kömək etmir. Prezident İlham Əliyev Hindistanın Azərbaycana təyin olunmuş səfiri qəbul edəndə bu narahatlığı dilə gətirib. Eyni addımı biz Fransadan da görürük”, - o bildirib.

Hərbi ekspert 2020-ci ildə Azərbaycanın zəfəri ilə sarsıdıcı zərbə alan Ermənistanın öz fərari ordusunu bərpa etməyə çalışdığına diqqəti çəkib:

“Bu gün İrəvana verilən o silahlar və artilleriya sistemləri, eyni zamanda verilən dəstək yaxın illər üçün nəzərdə tutulmur. Sözügedən silahlar ölkəmiz üçün təhlükəli deyil. Çünki Bakının o silahlara qarşı kifayət qədər texniki imkan və döyüş qabiliyyəti var. Görünən odur ki, Hindistan İrəvanı silahla təmin edib, Ermənistan ordusunu da qarşıdakı dövrdə növbəti döyüşlər üçün hazırlamağa çalışır. Amma bu ordunun normal vəziyyətə düşməsi üçün ən azı 5-10 il ərzində xeyli işlər görülməlidir. Hazırda Ermənistanın ordu quruculuğu ilə bağlı ciddi problemləri var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər