Sizin Reklam Burada

İsrail HƏMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edib

İsrail HƏMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edibİsrail əsirlərin azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HƏMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib.

“Report”un məlumatına görə, bu barədə “Axios” portalı məlumat yayıb.

Təklifi İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea tərəfindən HƏMAS ilə danışıqları bərpa etmək, qadınlar, 60 yaşdan yuxarı kişilər və təcili tibbi yardıma ehtiyacı olan 40-a yaxın əsirin azad edilməsini təmin etmək məqsədi ilə irəli sürüb.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox uşaqlar, qadınlar və qocaların girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər