Sizin Reklam Burada

Hindistanda koronavirus geniş yayılıb, maska taxılması məcburi olub

Hindistanda koronavirus geniş yayılıb, maska taxılması məcburi olubHindistanın Karnataka ştatında koronavirusa yoluxma hallarının artması səbəbindən 60 yaşdan yuxarı insanlar üçün maskaların taxılması məcburi olub.

"Report" xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti Karnataka hökumətinin sərəncamına istinadən məlumat yayıb.

Qonşu Keralada COVID-19-a yoluxma hallarında artım, eləcə də koronavirusun “pirola” (BA.2.86) variantına yoluxma halları aşkar edildikdən sonra Karnataka rəhbərliyi bu kateqoriyadan olan vətəndaşlar üçün maska ​​taxmağı məcburi etmək qərarına gəlib.

Ötən həftə Keralada yoluxma hallarının sayı üç dəfə artıb və bu ştatda dekabrın 1-dən 17-dək 10 nəfər koronavirusdan ölüb. Ümumiyyətlə, Hindistanın bu bölgəsində gündəlik yoluxmaların sayı 300-dən çoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər