Sizin Reklam Burada

21 Azəri günü ilə bağlı Rotterdamda tədbir keçirilib

21 Azəri günü ilə bağlı Rotterdamda tədbir keçirilib21 Azər (12 dekabr) 1945-ci ildə Cənubi Azərbaycanımızda baş vermiş Azadllq hərəkatınin ildönümü münasibətilə, Benilüks Azərbaycanlıları Konqresi, Niderland Krallığının Rotterdam şəhərində, Qarabağ İdman klubundakı qərargahında tədbir təşkil edib.

İlk öncə, doğma Azərbaycanımızın azadlığı və Vətən yolunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə, Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk təşkilat və icma üzvləri iştirak edib.

Sonra, Azərbaycan Respublikasının dövlət və Dünya Azərbaycanlılarının Milli himni səslənib.

Daha sonra, 21 Azər hadisələrini əks etdirən film nümayiş edilib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qonaqları salamlayıb və 21 Azər hadisələrinin Xalqımızın tarixinin mühüm hissəsi olduğunu vurğulayıb.

Benilüks Azərbaycanlıları Konqresi sədrinin müavini Sima Cəfərova öz çıxışında XX əsrdə Azərbaycanımızın Cənubunda baş verən mühüm hadisələrdən danışıb. 21 Azər hərəkatına qədər baş vermiş Səttərxan, Xiyabani və digər milli oyanış hərəkatı tarixinə nəzər salıb.

Sima Cəfərova eləcə də, Cənublu həmvətənlərimizin ədalət və haqqlarının bərpası, döğma Azərbaycan dilimizin, milli adət və ənənələrimizin yaşanması naminə apardığı mübarizədən danışdı. Bir əsrdə 4 dəfə baş vermiş inqilabların labüd yaranma səbəblərini iştirakçıların nəzərinə çatdırıb.

O,1 il sürən Azərbaycan milli Cümhuriyyətinin apardığı islahatlar və gördükləri işlərdən də söhbət açıb.

Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan, 21 Azər 1945 ci ildə Milli Cümhuriyyətini quran Pişəvəri və digər ziyalılarımızın həyat və mübarizə üsullarından danışıb.

O, bu hərəkatın yaranma zərurəti və inkişaf mərhələləri barədə faktlar gətirdi.
Həmçini, o, Qacarlar İmperiyasınin süqutundan bəri azadlığı ilə çarpışan şücaətli Azərbaycan xalqının həmin zamandan bəri başına gətirilən bəlalardan danışıb.

1 il davam edən Milli Cümhuriyyətin sürətlə inkişafından və beynalxalq müstəvidə apardığı siyasətin önəmini iştirakçıların nəzərinə çatdırılıb.

İmperialist quvvələrin və Sovet İttifaqının hər vəchlə gənc Azərbaycan Milli Cümhuriyyətinin tezliklə süqut etməsi üçün hər bir vasitəni istifadə etməsindən və sonda, öz arzularına nail olmasından danışıb.

Araz Ataxan, nə qədər əzilsə də, Cənublu qardaş və bacılarımızın düşmən qarşısında əyilməməsi və əzmlə, təkcə bu mübarizədə , uşaqlı böyüklü, qocalı cavanlı, 50 000 Azərbaycan türkünün qanının sel yerinə axıdılması, onların xüsusi vəhşiliklə qətlə yetirilməsi faktlarını üzə çıxarıb.

Daha sonra, Benilüks Azərbaycanlılar Konqresinin idarə heyətinin üzvü Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişiyev də Azadlıq hərəkatlarının, 44 günlük Vətən müharibəsindən və Qarabağımızın axırı ki, düşmən caynağından qopmasından və azadlıq məvhumunun aspektlərindən danışıb.

Beynəlxalq Xanımlar Klubunun təsisçisi Kəmalə Cəlilova da, öz çıxışında, bu tarixi hadisənin Azərbaycanımızın tarixində çox önəmli hissəsi olduğunu vurğulayıb.

Niderland Belçika Azərbaycanlıları Koordinasiya şurasının üzvü Cəfər Gündoğdu, tədbir haqqında və 21 Azər hərəkatı barəsində öz mülahizələrini söyləyib.

Sonda, fikir mübadiləsi aparıldı və gələcək plan perspektivləri barədə müzakirələr edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər