İsrail ordusu səhvən 3 girovu öldürüb
Dərc olunub:
16-12-2023, 09:04
Qəzza zolağında döyüşlər zamanı İsrail əsgərləri səhvən üç israilli girovu öldürüblər.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ölənlərin cəsədləri İsrail ərazisinə aparıldıqdan sonra tanınıb.
Ölənlər Yotam Haim və Samer Talalka adlı şəxslərdir. Onlar oktyabrın 7-də HƏMAS hərəkatı tərəfindən qaçırılıb. Ordunun bildirdiyinə görə, üçüncü qurbanın ailəsi onun adının çəkilməməsini xahiş edib.
Hadisə Şucai ərazisində döyüşlər zamanı baş verib. Hərbçilər 3 nəfəri səhvən HƏMAS-la əlaqədə şübhəli hesab ediblər.