Sizin Reklam Burada

Pakistanın sabiq Baş naziri Nəvaz Şərif bəraət alıb

Pakistanın sabiq Baş naziri Nəvaz Şərif bəraət alıbİslamabad Ali Məhkəməsi (IHC) Pakistanın keçmiş Baş naziri və Pakistan Müsəlman Liqası Partiyasının (Nəvaz fraksiyası) lideri, 73 yaşlı Nəvaz Şərifə Səudiyyə Ərəbistanında “Əl-Əziziyə” polad kompleksinin alınmasına bəyan edilməmiş vəsait yatırılması işi üzrə bəraət verib.

“Report” Pakistanın “Dawn” qəzetinə istinadən xəbər verir ki, dinləmələr zamanı məhkəmə müdafiə tərəfinin sabiq hökumət başçısının bu işdə təqsirli olduğuna dair konkret sübutun olmaması ilə bağlı arqumentləri ilə razılaşıb.

“Məhkəmə siyasətçinin “Əl-Əziziyə” kompleksini satın alması ilə bağlı məsələ üzrə 2018-ci ildə çıxarılmış məhkumluq qərarını etibarsız elan edib”, - hakimlər kollegiyası bildirib.

Noyabrın sonunda IHC Londondakı “Avenfield apartment” yaşayış kompleksində mənzillərin alınması zamanı vəzifədən sui-istifadə hallarına görə N.Şərifin 10 illik həbs cəzası çəkdiyi hökmü ləğv etmişdi.

Xatırladaq ki, 2018-ci ildə N.Şərif Səudiyyə Ərəbistanındakı “Əl-Əziziyə” polad zavodunun alınmasına bəyan edilməmiş vəsait yatırmaqla bağlı korrupsiyada təqsirli bilinmişdi. İslamabad Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi siyasətçini 7 illik həbsə məhkum etmiş və 2,5 milyon dollar cərimələmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər