Sizin Reklam Burada

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Kuba hakimiyyətinə işləmək ittihamı ilə saxlanılıb

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Kuba hakimiyyətinə işləmək ittihamı ilə saxlanılıbFederal Təhqiqatlar Bürosu ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roçanı Kuba hökumətinə gizli işləmək ittihamı ilə saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 73 yaşlı Manuel Roça FTB-nin uzun sürən əks-kəşfiyyat araşdırması nəticəsində Mayamidə saxlanılıb.

Nəşrin mənbələrindən biri deyib ki, Roça Kuba hökumətinin maraqlarını təbliğ etməkdə ittiham olunur. Bazar ertəsi məhkəmə iclasının keçiriləcəyi zaman əlavə məlumatın ortaya çıxacağı gözlənilir.

Roça Argentina, Kuba, Honduras, Dominikan Respublikası və Meksikada ABŞ-ın maraqlarını təmsil edərək 25 il diplomatik fəaliyyətlə məşğul olub. 2000-2002-ci illərdə Boliviyada səfir vəzifəsində çalışıb. O, həmçinin Ağ Evin Milli Təhlükəsizlik Şurasında Latın Amerikası üzrə ekspert vəzifəsində çalışıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər