Sizin Reklam Burada

Xəbərdarlıq edildi - İrana ötürməyə hazırlaşırlar

Xəbərdarlıq edildi - İrana ötürməyə hazırlaşırlarABŞ kəşfiyyatına görə, Rusiyanın “Vaqner” qruplaşması hava hücumundan müdafiə vasitələrini “Hizbullah” terror təşkilatı və ya İrana ötürməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi məlumat verib.

Onun sözlərinə görə, “Vaqner” bununla əlaqədar Rusiya hökumətindən müvafiq göstəriş alıb.

“Vaqner”in İran və “Hizbullah”a hərbi texnika verib-vermədiyini yaxından izləyəcəyik. Sabitliyi pozan göndərmələri həyata keçirən Rusiyanın fiziki şəxsləri və ya qurumlarına qarşı antiterror sanksiyalarımızı tətbiq etməyə hazırıq”, - ABŞ rəsmisi vurğulayıb.

Kirbi qeyd edib ki, Rusiyanın hava hücumundan müdafiə sisteminin “Hizbullah”a təhvil verilməsində aparıcı rolu Moskvanın İran və onun silah qruplaşmaları ilə davam edən əlaqələrini göstərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər