SEPAH: HƏMAS üçün əlimizdən gələni edəcəyik
Dərc olunub:
17-11-2023, 11:46
HƏMAS üçün əlimizdən gələn hər şeyi edəcəyik.
Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bunu SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əl-Zeyifə yazdığı məktubda bildirib.
“Sizi əmin edirik ki, bu tarixi döyüşdə nə lazımdırsa, edəcəyik və bizi birləşdirən qardaşlıq əhdimizə sadiqik. SEPAH Qəzzanın təzyiq altında qalmasına imkan verməyəcək”, - Qaani qeyd edib.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei və Prezident İbrahim Rəisi HƏMAS liderlərindən İran və Livan Hizbullahını münaqişəyə cəlb etməklə bağlı çağırışları dayandırmalarını tələb edib.
Son xəbərlər
