Sizin Reklam Burada

"Rusiya vaxt qazanmaq üçün Ukrayna ilə danışıqlara başlaya bilər” - ABŞ institutu

"Rusiya vaxt qazanmaq üçün Ukrayna ilə danışıqlara başlaya bilər” - ABŞ institutu“Rusiya vaxt qazanmaq üçün Ukrayna ilə danışıqlara başlaya bilər”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, yalnız bu versiya - gələcək hücum əməliyyatları üçün vaxt qazanmaq istisna olmaqla Kremlin Kiyevlə sülh danışıqlarına girmək ehtimalı azdır.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin hələ də döyüş meydanında maksimalist məqsədlərinə nail ola biləcəyinə inanır: “Ukraynaya təzyiqlər məhz bu səbəbdən mənasızdır".

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Ukrayna rəsmilərini müharibənin diplomatik həllini gecikdirməkdə günahlandırıb. Onun sözlərinə görə, rəsmi Kiyevin bu savaşda hərbi yolla qalib gələ bilməyəcəyini anlamasının vaxtı çatıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan müharibə bitməyəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər