Qəzzada ölən ÜST əməkdaşlarının sayı 160 nəfəri keçib
Dərc olunub:
7-11-2023, 16:06
Qəzza zolağında ölən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlarının sayı 160 nəfəri keçib.
APA xəbər verir ki, bu barədə bu gün ÜST-ün mətbuat katibi Kristian Lindmayer bildirib.
Onun sözlərinə görə, İsrail ordusunun Qəzza zolağına hücumu nəticəsində 160 nəfərdən çox tibb işçi vəzifələrini yerinə yetirərkən öldürülüb, yaralananların sayı dəqiqləşdirilir.
ÜST rəsmisi onu qeyd edib ki, hazırda Qəzzada humanitar böhran yaşanır, amputasiya da daxil olmaqla bütün əməliyyatlar ağrıkəsici olmadan həyata keçirilir.