Sizin Reklam Burada

Netanyahu: “Qəzzada atəşkəs olmayacaq”

Netanyahu: “Qəzzada atəşkəs olmayacaq”“Qəzzada atəşkəs olmayacaq”.

"Report"un məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABC televiziyasına müsahibəsində deyib.

"Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Qısa taktiki fasilələrə gəlincə, burada bir saat, orada bir saat, məncə, onlara humanitar yükləri və ya ayrı-ayrı girovları buraxmaq üçün əvvəllər imkanımız olub. Amma mən ümumi atəşkəsin olacağını düşünmürəm", - o deyib.

Onun sözlərinə görə, bu, İsrailin hərbi səylərinə mane olacaq.

Baş nazir əlavə edib ki, Qəzzada atəşkəs İsrailin girovları azad etmək səylərinə də mane olacaq, çünki “HƏMAS-dakı bu cinayətkarlara qarşı işləyən yeganə şey İsrail tərəfindən tətbiq edilən hərbi təzyiqdir”.

Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması İsrailə hücum edib. Son məlumata görə, 1,4 min nəfərdən çox insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı anklavda 10 mindən çox insan həlak olub. İsrail ordusunun məlumatına görə, hazırda 240-dan çox insan HƏMAS-ın əsirliyindədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər