Bəşər Əsəd Hizbullaha "Pantsir" sistemləri verə bilər
Dərc olunub:
3-11-2023, 14:01
ABŞ Suriya prezidenti Bəşər Əsədin Livanın Hizbullah silahlı qruplaşmasına Rusiya istehsalı olan raket əleyhinə müdafiə sistemi verməyə razı olduğu barədə kəşfiyyat məlumatlarına malikdir.
Bu barədə "CNN" kanalı məlumat yayıb.
Məlumata görə, Suriyada fəaliyyət göstərən "Vaqner"çilərə SA-22 zenit-raket kompleksinin (“Pantsir”) çatdırılması tapşırığı verilib.
Onun artıq təhvil verilib-verilmədiyi, yoxsa yeni planlaşdırıldığı bəlli deyil.
Mənbələr bildiriblər ki, sistem əvvəlcə Rusiya tərəfindən Suriya hökumətinin istifadəsi üçün təqdim edilib. Məqalədə deyilir ki, ABŞ Pantsir sisteminin hərəkətlərini izləyir.