İran İsraillə müharibəyə başlayacaq? - ABŞ kəşfiyyatından açıqlama
Dərc olunub:
3-11-2023, 09:01
İran İsrail və ya ABŞ ilə genişmiqyaslı münaqişəyə girmədən İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına cavab verməyə hazırlaşır.
Bu barədə ABŞ kəşfiyyatına istinadən yüksək rütbəli şəxslərdən biri məlumat yayıb.
ABŞ kəşfiyyatının hesabatları ilə tanış olan dövlət rəsmisi qeyd edib ki, İran İsrail və ya ABŞ ilə birbaşa toqquşmanın potensial dağıdıcı nəticələrini anlayır.
Onun sözlərinə görə, Qəzza zolağında vəziyyətin pisləşməsi fonunda Birləşmiş Ştatlar bölgəyə əhəmiyyətli sayda hərbçi yerləşdirib və İsrail əsgərləri lazım gələrsə, bütün istiqamətlərə zərbələr endirməyə hazırlaşıb və bu, Tehranı genişmiqyaslı hərbi münaqişəyə imkan vermədən fələstinliləri qorumaq üçün tədbirlər görməyə vadar edib.