HƏMAS yox edilməlidir - İsrail
Dərc olunub:
3-11-2023, 08:18
İsrail hərbçiləri HƏMAS hərəkatını məhv etmək məqsədi ilə Qəzza zolağında hərbi əməliyyatlar keçirməyə davam edir, anklavda müvəqqəti atəşkəs mümkünlüyü nəzərdən keçirilmir.
Bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib.
O, Qəzza zolağında müvəqqəti atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib:
“Hazırda atəşkəs konsepsiyası müzakirə edilmir. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək üçün müharibə aparır”.