Sizin Reklam Burada

Donuz ürəyi köçürülən ikinci insan da öldü

Donuz ürəyi köçürülən ikinci insan da öldüDünyanın ikinci donuz ürək transplantasiyası xəstəsi Lourens Fosett ABŞ-də vəfat edib.

Bu barədə ABŞ-nin Merilend Universitetinin Tibb Mərkəzi bəyanat yayıb.

Xəstənin son mərhələ ürək çatışmazlığından əziyyət çəkdiyi qeyd edilir. O, donuz ürəyinin transplantasiyasına razılıq verib, bundan sonra o, təxminən altı həftə yaşayıb.

“Böyük kədər hissi ilə dünyada ikinci geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası əməliyyatı keçirmiş, terminal ürək xəstəliyi olan Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosett vəfatını elan edirik”, - bəyanatda qeyd olunub.

Bundan öncəki analoji əməliyyat 2022-ci ildə də həmin tibb mərkəzində aparılıb. Donuz ürəyi köçürülən 57 yaşlı pasiyent iki aydan sonra həyatını itirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər