Müharibənin dayanması üçün HƏMAS təslim olmalıdır - Corc Dik
Dərc olunub:
28-10-2023, 10:00
"Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir".
Avrasiya.net xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" hesabında yazıb.
O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.
Diplomat HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: "Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir".
"İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır", - səfir bildirib.