ATƏŞKƏS OLMAYACAQ - İsrail rəsmisi
Dərc olunub:
23-10-2023, 11:03
"Qəzza zolağında atəşkəs olmayacaq".
Avrasiya.net xəbər verir ki, bunu yüksək rütbəli İsrail rəsmisi CNN-ə girovların azad edilməsi üçün aparılan danışıqları şərh edərkən deyib.
"İsrail və ABŞ oğurlananların mümkün qədər tez azad edilməsini istəyir, lakin humanitar səylərin HƏMAS-ın məhv edilməsi missiyasına təsir etməsinə icazə verilməməlidir", - rəsmi əlavə edib.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.