Hizbullah “qəzəb günü” elan edib
Dərc olunub:
18-10-2023, 06:15
Ötən gün Livan Hizbullah hərəkatı tərəfindən İsrailə qarşı “qəzəb günü” elan edilib.
APA xəbər verir ki, bu barədə i24 telekanalı məlumat yayıb.
Hizbullah 18 oktyabrın İsrailə qarşı "qəzəb günü" olacağını bildirib. Buna səbəb Qəzza zolağında xəstəxanaya hücum olub. Hərəkat ərəb və müsəlman ölkələrinin vətəndaşlarına etiraz olaraq küçələrə çıxmağa çağırış göndərib.