ABŞ İsrailə 5 təyyarə göndərdi: Davamlı olacaq!
Dərc olunub:
18-10-2023, 06:08
ABŞ silahlarının İsrailə tədarükü fasiləsiz olaraq davam etdiriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 12 oktyabr tarixindən bəri ABŞ hərbi-nəqliyyat təyyarələri İsrailə beş uçuş həyata keçirib:
“Çox güman ki, siz İsrailə davamlı silah tədarükünə şahid olacaqsınız”.