Sizin Reklam Burada

“HƏMAS-ın bütün potensialı məhv edilməyincə əməliyyatlar dayanmayacaq”

“HƏMAS-ın bütün potensialı məhv edilməyincə əməliyyatlar dayanmayacaq”İsrail HƏMAS-ın hərbi-inzibati potensialını məhv etməyincə Qəzza zolağındakı əməliyyatlarını dayandırmayacaq.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

"Baş nazir Binyamin Netanyahu axşam saatlarında (oktyabrın 16-da-red) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Baş nazir açıq şəkildə bildirib ki, İsrail rəzil və qəddar qatillər tərəfindən hücuma məruz qalıb, qətiyyətli, vahid şəkildə birləşərək müharibəyə gedib və HƏMAS-ın hərbi, idarəetmə imkanlarını məhv etməyincə dayanmayacaq", - İsrail Baş nazirinin Ofisi iki liderin telefon danışığından sonra yaydığı məlumatda vurğulanır.

Daha əvvəl Kremlin mətbuat xidməti Putinin Netanyahu ilə Fələstin-İsrail münaqişəsinin pisləşməsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Fələstinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər