Sizin Reklam Burada

İsrail Baş naziri İrana və “Hizbullah”a xəbərdarlıq edib: Qələbəyə qədər dayanmayacağıq

İsrail Baş naziri İrana və “Hizbullah”a xəbərdarlıq edib: Qələbəyə qədər dayanmayacağıqİsrail Baş naziri Benyamin Netanyahu İrana və “Hizbullah”a xəbərdarlıq edib.

APA "ynet.co.il"ə istinadən xəbər verir ki, Knessetin qış sessiyasının açılışında çıxış edən Netanyahu bildirib ki, onlar qələbəyə qədər dayanmayacaqlar.

“İran və “Hizbullah”a bir mesajım var: bizi şimalda sınamayın, daha əvvəl etdiyiniz səhvi təkrarlamayın, çünki bu gün daha ağır bədəl ödəyəcəksiniz.

ABŞ Prezidenti Co Bayden sizə bunu etməməyinizi söylədi və mən sizə ibrani dilində deyirəm: ehtiyatlı olun!

Tariximiz boyu bizi məhv etmək üçün saysız-hesabsız cəhdlər olub, biz onda müdafiəsiz idik və biz başqa heç bir xalqın ödəmədiyi ağır bədəllər ödəmişik. Fərq ondadır ki, bu gün bizim ölkəmiz güclüdür, güclü ordumuz, güclü xalqımız və güclü müqavimət göstərmək bacarığımız var və biz qələbəyə qədər dayanmayacağıq”, İsrail hökumət başçısı vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər