star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qandinin anadan olmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilib

Qandinin anadan olmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilibHindistanın Azərbaycandakı Səfirliyi Mahatma Qandinin anadan olmasının 154-cü ildönümünü qeyd etmək məqsədilə tədbir təşkil edib. Qandinin irsinə hörmət əlaməti olaraq baş tutmuş “Qandinin xatirəsinə: Yaradıcılıq axşamı – Mənim həyatım, mənim ismarıcımdır” adlı tədbir Mahatma Qandinin prinsiplərinin müasir cəmiyyətdə aktuallığını vurğulayıb.

Tədbirə 200-ə yaxın qonaq, o cümlədən Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Hindistan nümayəndə heyətinin yüksək vəzifəli şəxsləri – Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri cənab S. Somnath və Hindistan Milli Kosmik Təşviq və Avtorizasiya Mərkəzinin (InSpace) sədri cənab Pavan Qoenka, eləcə də Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları qatılıblar.

Hindistan Səfiri cənab Madhusudhanan və “ISRO” sədri cənab S. Somnat tədbirdə çıxışlarında Qandinin sülh, qeyri-zorakılıq və ictimai harmoniya ilə bağlı universal prinsiplərini vurğulayıblar. Onlar Qandinin prinsiplərinin dünyanın bugünkü mürəkkəb mənzərəsində belə öz müsbət təsirini saxladığını bildiriblər.

Tədbirdə diqqət çəkən məqam Mahatma Qandi haqqında Azərbaycan dilinə tərcümə edilmiş şəkilli kitabın təqdimatı olub. Bu təqdimat Hindistan və Azərbaycan xalqları arasında möhkəm dostluğu simvolizə etmək üçün həm hindistanlı, həm də azərbaycanlı uşaqların iştirakı ilə baş tutub. Qandinin həyat və ideyalarına vizual bir səyahət təqdim edən bu kitab böyük maraq və şövqlə qarşılanıb.

Kitabın nüsxələrini ödənişsiz əldə etməkdə maraqlı olan təhsil müəssisələri və kitabxanalar Hindistan Səfirliyi ilə əlaqə saxlaya bilərlər. Nüsxələr ödənişsiz təqdim olunacaq. Sorğularınız üçün cənab Emin Əliyevlə +99450 291 79 87 nömrəsinə zəng etməklə və ya inf.baku@mea.gov.in elektron poçt ünvanına yazmaqla əlaqə saxlaya bilərsiniz.

Xanım Trişna Kimtaninin aparıcısı olduğu mərasimdə tamaşaçılar maraqlı ifaların və nitqlərin şahidi olublar. Xanım Vaidehi Sridharan, xanım Fatimə Hacızadə və cənab Elmar Racsurun çıxışları tamaşaçıları valeh edib. Talir, Catin, Minişri və Rohanın çıxışlarındakı gənclik şövqü isə tədbirə böyük ruh yüksəkliyi və şənlik qatıb.

Bu tədbir Qandinin ideallarının davamlı təsirini və müasir dövrdə aktuallığını vurğulayıb və oxşar miqyasda və əhval-ruhiyyədə gələcək görüşlər üçün zəmin yaradıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər