Sizin Reklam Burada

HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü

HƏMAS Fələstin tərəfdarı olanları da öldürdüİsrailə hücum zamanı HƏMAS yaraqlıları Fələstinin hüquqları uğrunda mübarizə aparan bir çox fəalı, eləcə də Fələstinə rəğbət bəsləyənləri də öldürüblər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Qəzza sərhədinin İsrail tərəfində sülh təşəbbüslərini və Fələstin hüquqlarını dəstəkləyən bir neçə kibbutzim sakini yaşayır. Bu sakinlərin çoxu şənbə günü HƏMAS hücumundan sonra itkin düşənlər və ya öldürülənlər arasında yer alıb. Yaraqlıların hücumundan sonra 74 yaşlı Vivian Silver itkin hesab edilir və çox güman ki, girov götürülüb. Kanadada anadan olan Silver 2014-cü ildə Qəzza müharibəsindən sonra İsrail-Fələstin münaqişəsinin siyasi həllini təşviq etmək üçün yaradılan kütləvi hərəkat-“Women Wage Peace”in liderlərindən biri idi.

Fələstin tərəfdarı olan başqa bir sülh fəalı Kaim Katsmanın əvvəlcə girov götürüldüyü güman edilirdi, lakin sonra o, evində öldürülmüş vəziyyətdə tapılıb. O, bu yaxınlarda Sietldəki Vaşinqton Universitetində fəlsəfə doktoru dərəcəsini bitirmişdi.

Şənbə günü hücumda daha iki sülh fəalı - Bilgə və Ceykob İnon da öldürülüblər”, - məlumatda deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər