Livandan İsrailə 12 raket atıldı
Dərc olunub:
9-10-2023, 16:08
Livan ərazisindən İsrailə doğru ən azı 12 raket atılıb.
Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
“Münaqişəyə müdaxilə etməkdən çəkinmək barədə xəbərdarlıqlara baxmayaraq, Livandan İsrailə doğru ən azı 12 raket atılıb”, - deyə nəşr bildirib.
Mərmilərin dəqiq kim tərəfindən atıldığı açıqlanmır.