Sizin Reklam Burada

HƏMAS-ın hücumu nəticəsində xəsarət alan israillilərin sayı artıb

HƏMAS-ın hücumu nəticəsində xəsarət alan israillilərin sayı artıb“The Times of Israel” qəzetinin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən dərc etdiyi məlumata görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi zamanı zərər çəkən İsrail sakinlərinin sayı 2 315 nəfərə çatıb.

“Report” xəbər verir ki, bazar günü axşam “Haaretz” qəzeti də İsrail Səhiyyə Nazirliyinin məlumatlarına istinadən 2 243 itkin olduğunu bildirib. Son məlumatlara görə, ölən İsrail sakinlərinin sayı 700 nəfəri keçib. Hakimiyyət ölənlərin sayının artmaqda davam edəcəyinə əmindir.

Nəşr qeyd edir ki, zərərçəkənlərdən 23 nəfərin vəziyyəti ağır, 340 nəfərin vəziyyəti son dərəcə ağır, 449 nəfərin vəziyyəti isə orta ağırdır.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər