Sizin Reklam Burada

ABŞ Fars körfəzi ilə bağlı İrana xəbərdarlıq edib

ABŞ Fars körfəzi ilə bağlı İrana xəbərdarlıq edib“Əgər İranla gərginlik artarsa ​​və regionda gəmiçiliklə bağlı rəsmi Tehran tərəfindən təhdidlər aşkar olunarsa, Amerika Birləşmiş Ştatları Fars körfəzi ərazisinə növbəti dəfə əlavə qüvvələr və aktivlər göndərməyə hazırdır”.

“Report”un məlumatına görə, bunuABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığının komandanı, general-leytenant Aleksus Qrinkeviç bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın döyüşə hazır amfibiya qüvvəsi də daxil olmaqla, yerüstü gəmilərin genişləndirilmiş mövcudluğu İranın gəmiçiliyə qarşı hər hansı hərəkətindən çəkindirib:

“Lakin bizim göndərməyə çalışdığımız mesaj ondan ibarətdir ki, biz konkret təhlükəyə cavab olaraq qüvvələr yaratmışıq ki, bu da regionun ABŞ üçün əhəmiyyətini nümayiş etdirir. Ümid edirəm ki, İran tərəfi siqnalı alıblar və uzun müddət mövqelərində qalacaqlar”.

General əlavə edib ki, ABŞ-ın bu yaxınlarda əlavə qüvvələrinin, o cümlədən beşinci nəsil “F-35” qırıcı-bombardmançılarının Fars körfəzinə yerləşdirməsi Tehranın destruktiv planlarına təsir göstərib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər