"Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb"

"Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb"Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zeyn Fransanı Afrika ölkəsinin yeni hakimiyyətinin tanınmış nümayəndələrini öldürmək planı hazırlamaqda ittiham edib.

“Report” bu barədə “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.

"Fransa digər düşmənlərimizlə birlikdə ölkənin tanınmış nazirlərini və rəhbər nümayəndələrini öldürmək planı hazırlayıb. Fransa Nigerdə vəziyyəti sabitləşdirmək üçün öz alətlərindən istifadə edir", - telekanal baş nazirin sözlərini sitat gətirib.

Xatırladaq ki, iyulun 26-da Nigerdə prezident qvardiyasının bir qrup hərbçisi qiyam qaldıraraq prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını bəyan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Abdurahman Tçianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu Milli Şurası (VQXŞ) yaradılıb. Yeni hakimiyyət Fransa ordusunun yerləşdirilməsi ilə bağlı bu ölkəylə hərbi razılaşmaları pisləyib və kontingentin çıxarılmasını tələb edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər