ABŞ-da universitetdə atışma olub, xəsarət alanlar var
Dərc olunub:
4-10-2023, 08:08
ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Morqan Dövlət Universitetində baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Baltimore Banner” qəzeti məlumat yayıb.
Hazırda atışmanın davam etdiyi bildirilir. Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat verilmir.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Son xəbərlər
