Sizin Reklam Burada

Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ qoşunlarını bir neçə ölkədən çıxaracaq

Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ qoşunlarını bir neçə ölkədən çıxaracaqABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn il yenidən prezident seçiləcəyi təqdirdə bir neçə ölkədən Amerika qoşunlarını çıxaracağını bildirib.

"Report"un məlumatına görə, Tramp bu barədə Ayovada tərəfdarlarının qarşısında çıxışı zamanı deyib.

"Biz fermerlərimiz üçün əlverişli şərait yaratmadan hərbi müdafiəyə və başqa şeylərə milyardlarla dollar xərcləyirik. Bizim qoşunlarımız onların ölkələrini qoruyur, bizə isə demək olar ki, heç bir vəsait verilmir. Bunu etmək yaxşı deyil, onların çoxu bizə nifrət edir, amma biz onları qoruyuruq. Bütün bu qoşunlar dərhal evə qayıdacaq və biz bu ölkələrə pul xərcləməyəcəyik”, - deyə o bildirib.

Lakin o, hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.

Bundan əlavə, Tramp gübrə qiymətlərini əhəmiyyətli dərəcədə azaldacağına, habelə hazırkı administrasiyanın amerikalı fermerlərə zərər vuran bütün fərmanlarını ləğv edəcəyinə söz verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər