Sizin Reklam Burada

Bayden ABŞ ermənilərini məyus edib

Bayden ABŞ ermənilərini məyus edibABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlarda yaşayan erməniləri məyus edib.

“Report” xəbər verir ki, bunu ABŞ-da dərc olunan “The California Courier” qəzetinin naşiri və redaktoru Arut Sasunyan “NEWS.am”ın müxbiri ilə söhbətində bildirib.

“Hər kəs ABŞ hökumətindən son dərəcə məyusdur. Bayden seçkilərdə erməni icmasının səslərini itirəcək. ABŞ hökumətinin mövqeyi məni son dərəcə məyus edir”, - ABŞ ermənisi deyib.

O, hesab edir ki, ABŞ ermənilərə külli miqdarda yardım ayırmalı idi.

“Hər kəsdən xoş sözlər eşitməkdən bezmişik. Həyatım boyu Baydeni dəstəkləmişəm, lakin indi Amerikanın bütün erməni icması ondan məyus olub. Əminəm ki, Bayden keçən dəfəki qədər ermənilərin çox səsini almayacaq”, - o əlavə edib.

Üstəlik, Sasunyan hesab edir ki, Baydenin rəqibi Donald Trampın namizədliyi ermənilərin maraqları üçün daha pisdir.

"Beləliklə, gələcək prezident seçkilərində ermənilər üçün seçim pis və daha pis namizəd arasındadır", - “The California Courier”in redaktoru əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər