Sizin Reklam Burada

İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman

İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman"Əgər İranın nüvə silahı olsa, Səudiyyə Ərəbistanının da nüvə silahı olmalıdır".

Modern.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.

"Əgər onlar bunu əldə edərlərsə, biz də almalıyıq. Bu, təhlükəsizlik və Yaxın Şərqdəki güc balansı üçün lazımdır, lakin biz buna nail olmaq istəmirik", - o qeyd edib.

Vəliəhd nüvə silahının təhlükələri barədə xəbərdarlıq edib: “Biz hər hansı bir ölkənin nüvə silahına sahib olacağından narahatıq”.

O, ümumi olaraq nüvə silahı əldə etmək cəhdlərinin əbəs bir cəhd olduğunu, çünki onların yerləşdirilməsinin bütün dünyaya müharibə elan etməyə bərabər olacağını xatırladıb.

“İran nüvə silahı əldə etsə belə və ya hər hansı bir ölkə nüvə silahından istifadə etsə belə, bu o deməkdir ki, onlar bütün dünya ilə müharibə aparırlar. Dünya başqa bir Xirosimanı görməməlidir. Əgər dünya 100 min insanın öldürüldüyünü görürsə, bu o deməkdir ki, siz dünyanın qalan hissəsi ilə müharibə edirsiniz”, - şahzadə əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər