Sizin Reklam Burada

Heç kəsi geridə qoymadan “G20”ni ən son mərhələyədək çatdırmaq – Narendra Modi

Heç kəsi geridə qoymadan “G20”ni ən son mərhələyədək çatdırmaq – Narendra Modi“Vasudhaiva Kutumbakam” – iki sözdən ibarət bu ifadə dərin bir fəlsəfəni əhatə edir. O, “Dünya Bir Ailədir” mənasını daşıyır. Bu elə bir hərtərəfli dünyagörüşüdür ki, bizi sərhədləri, dilləri və ideologiyaları aşaraq vahid cahanşümul ailə kimi tərəqqiyə təşviq edir. Hindistanın “Böyük iyirmilik”də Sədrliyi dövründə bu dünyagörüşü insan mərkəzli tərəqqiyə çağırışa çevrildi. Vahid Dünya olaraq biz planetimizi qidalandırmaq üçün bir araya gəlirik. Vahid Ailə olaraq inkişaf yolunda bir-birimizi dəstəkləyirik. Və birgə gələcəyə – Vahid Gələcəyə – doğru birlikdə hərəkət edirik ki, bu da əlaqəli dövrümüzdə danılmaz bir həqiqətdir.

Pandemiyadan sonrakı dünya nizamı ondan əvvəlki dünyadan çox fərqlənir. Burada üç mühüm dəyişiklik nəzərə çarpır.

Birincisi, dünya üzrə ÜDM mərkəzli baxışdan insan mərkəzli baxışa keçidə ehtiyacın olduğu getdikcə daha çox başa düşülür.

İkincisi, dünya qlobal təchizat zəncirlərində davamlılığın və etibarlılığın vacibliyini dərk edilir.
Üçüncüsü, qlobal institutların islahatı vasitəsilə multilateralizmi gücləndirmək üçün kollektiv çağırış izlənilir.

“Böyük iyirmilik”də Sədrliyimiz bu dəyişikliklər üçün katalizator rolunu oynamışdır.

2022-ci ilin dekabrında İndoneziyadan Sədrliyi təhvil aldığımız zaman mən yazırdım ki, zehniyyət dəyişikliyi “G20” tərəfindən sürətləndirilməlidir. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrin, Qlobal Cənubun və Afrikanın marjinallaşmış istəklərinin aktuallaşması kontekstində baş verməli idi.

2023-cü ilin yanvarında 125 ölkənin iştirak ilə baş tutmuş “Qlobal Cənubun Səsi” Zirvə Toplantısı sədrliyimiz dövründə ən qabaqcıl təşəbbüslərdən biri olub. Bu, Qlobal Cənubdan fikir və ideyaları toplamaq üçün vacib bir tədbir idi. Bundan əlavə, Sədrliyimiz Afrikadan böyük sayda ölkələrin iştirakının şahidi olmaqla yanaşı, Afrika İttifaqının “G20”yə daimi üzv kimi qoşulmasına təkan verdi.

Əlaqəli dünya o deməkdir ki, bizim müxtəlif sahələr üzrə problemlərimiz bir-birinə bağlıdır. 2030-cu il Gündəliyinə nail olmaq üçün müddətin artıq yarısı arxada qalır və bir çoxları Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyişin gerilədiyini böyük narahatlıqla qeyd edirlər. Dayanıqlı İnkişaf Məqsədlərində irəliləyişin sürətləndirilməsi üzrə “Böyük iyirmilər”in qəbul etdiyi 2023-cü ilin fəaliyyət planı DİM-lərin həyata keçirilməsində “G20”nin gələcək fəaliyyətini istiqamətləndirəcək.

Hindistanda təbiətlə harmoniyada yaşamaq qədim zamanlardan adət olub və biz müasir dövrdə də iqlim dəyişikliyi ilə mübarizəyə öz töhvəmizi veririk.
Qlobal Cənubun bir çox ölkələri inkişafın müxtəlif mərhələlərində dayanırlar və iqlim dəyişikliyi ilə mübarizə tamamlayıcı xarakter daşımalıdır. İqlimlə bağlı fəaliyyət ambisiyaları iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi və texnologiya transferi ilə müşayiət olunmalıdır.

Hesab edirik ki, nəyin edilə bilmədiyinə dair sırf məhdudlaşdırıcı münasibətdən uzaqlaşaraq, iqlim dəyişikliyi ilə mübarizə üçün nə edilə biləcəyinə yönələn daha konstruktiv yanaşmaya keçid etməyə ehtiyac var.
Yüksək Səviyyəli Çennay Prinsipləri Davamlı və Dayanıqlı Mavi İqtisadiyyat üçün okeanlarımızı qorumağa yönəlib.

Sədrliyimiz altında qlobal təmiz və yaşıl hidrogen ekosistemi, həmçinin Yaşıl Hidrogen İnnovasiya Mərkəzi yaranacaq.

2015-ci ildə biz Beynəlxalq Günəş Alyansını yaratdıq. İndi isə Qlobal Bioyanacaq Alyansı vasitəsilə dövri iqtisadiyyatın faydalarına uyğun olaraq energetika keçidini təmin etmək üçün dünyaya dəstək verəcəyik.
İqlim dəyişikliyi ilə mübarizə fəaliyyətinin demokratikləşdirilməsi bu hərəkata təkan verməyin ən yaxşı yoludur. Fərdlər özlərinin uzunmüddətli sağlamlıqlarına əsaslanaraq gündəlik qərarlar qəbul etdikləri kimi, planetin uzunmüddətli sağlamlığına təsirə əsaslanaraq öz həyat tərzləri ilə bağlı qərarlar verə bilərlər. Yoqa sağlamlıq üçün qlobal kütləvi hərəkata çevrildiyi kimi, biz dünyanı Davamlı Ətraf Mühit üçün Həyat Tərzlərini (LiFE) yaratmağa dəvət etdik.

İqlim dəyişikliyinin təsiri ilə əlaqədar olaraq qida təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edəcək. Darılar və ya “Şri Anna” bu işdə kömək edə, eyni zamanda iqlim baxımından ağıllı kənd təsərrüfatını inkişaf etdirməyə kömək edə bilər. Beynəlxalq Darı İlində biz darıları dadmaq üçün bütün dünyaya təqdim etdik. Qida Təhlükəsizliyi və Qidalanma üzrə Yüksək Səviyyəli Dekkan Prinsipləri də bu istiqamətdə faydalıdır.

Texnologiyalar cəmiyyəti dəyişdirə bilər, lakin onların inklüziv olması lazımdır. Keçmişdə texnoloji tərəqqi cəmiyyətin bütün təbəqələrinə eyni dərəcədə fayda verməyib. Hindistan son bir neçə ildə texnologiyanın bərabərsizliyi genişləndirmək yox, onu daraltmaq üçün necə istifadə edilə biləcəyini göstərdi.

Məsələn, dünyada bank xidmətlərindən faydalana bilməyən və ya rəqəmsal identifikasiyası olmayan milyardlarla insan rəqəmsal ictimai infrastruktur (DPI) vasitəsilə maliyyə sahəsinə daxil edilə bilər. Rəqəmsal ictimai infrastrukturdan istifadə edərək qurduğumuz həllər artıq qlobal səviyyədə tanınır. Biz “Böyük iyirmilik” vasitəsilə inkişaf etməkdə olan ölkələrə inklüziv inkişafın gücünü aşkara çıxarmaq üçün rəqəmsal ictimai infrastrukturu uyğunlaşdırmağa, qurmağa və böyütməyə kömək edəcəyik.

Hindistanın ən sürətlə inkişaf edən böyük iqtisadiyyat olması təsadüfi deyil. Sadə, miqyas baxımından uyğunlaşdırıla bilən və davamlı həllərimiz çətin və təcrid vəziyyətdə olan insanlara inkişaf hekayəmizi istiqamətləndirməyə imkan verir.

Kosmosdan idmana, iqtisadiyyatdan sahibkarlığa qədər – hind qadınları müxtəlif sektorlarda təşəbbüsə yiyələnə biliblər. Onlar əsas vurğunu qadınların inkişafından qadınların rəhbərlik etdiyi inkişafa yönəldiblər. “G20”yə sədrliyimiz rəqəmsal sahədə gender fərqini aradan qaldırmaq, işçi qüvvəsində boşluqları azaltmaq, liderlik və qərar qəbuletmə prosesində qadınların daha da böyük rolunu təmin etmək üzərində işləyir.

Hindistan üçün “G20”yə Sədrlik təkcə yüksək səviyyəli diplomatik səy deyil. “Demokratiyanın Anası” və müxtəliflik nümunəsi olaraq biz bu təcrübənin qapılarını dünyaya açdıq.

Bu gün hər işi öz miqyasında yerinə yetirmək Hindistanla əlaqəli bir keyfiyyətdir. “G20” Sədrliyi də istisna deyil. O, insanların idarə etdiyi hərəkata çevrilib. Sədrlik dövrümüzün sonuna qədər Hindistan bütün ölkə üzrə 60 şəhərdə 200-dən çox görüş təşkil ediləcək və 125 ölkədən 100000-ə yaxın nümayəndəyə ev sahibliyi edəcək. Heç bir ölkənin Sədrlik dövrü bu qədər geniş və müxtəlif coğrafi ərazini əhatə etməmişdir.

Hindistanın demoqrafiyası, demokratiyası, müxtəlifliyi və inkişafı haqqında başqasından eşitmək bir yana, bunları insanın özünün yaşaması tamamilə fərqlidir. Əminəm ki, bizim “G20” nümayəndələrimiz bunu təsdiqləyəcəklər.

“G20”də Sədrliyimiz ixtilafları aradan qaldırmağa, maneələri dağıtmağa, birliyin nifaq üzərində qələbə çaldığı və birgə taleyin təcridliyi kölgədə qoyduğu bir dünyanı qidalandıracaq əməkdaşlıq toxumlarını səpməyə çalışır. “G20”nin Sədri kimi biz qlobal dialoqu daha da genişləndirmək vədini vermişik ki, hər bir kəsin səsi eşidilsin və hər bir ölkə öz töhfəsini versin. Əminəm ki, biz vədimizi fəaliyyətimiz və nəticələrlə möhkəmləndirmişik

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər