Hindistan adını dəyişdirir
Dərc olunub:
5-09-2023, 15:26
Hindistan hakimiyyəti ölkəyə onun keçmiş Bharat adını qaytarmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” məlumat yayıb.
Qeyd olunur ki, Narendra Modinin rəhbərlik etdiyi hökumət parlamentin sentyabrın 18-22-nə təyin edilmiş xüsusi iclasında Hindistanın rəsmi adının “Bharat” olaraq dəyişdirilməsi ilə bağlı qətnamə təqdim edəcək.