İran gəmisi Səudiyyədən yardım istədi
Dərc olunub:
1-09-2023, 07:19
İran bayrağı altında üzən gəmi Qırmızı dənizdə Səudiyyə Ərəbistanından yardım istəyib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı ekipaj üzvlərindən birinin xəsarət almasına görə Qırmızı dənizdəki İran gəmisindən qəza siqnalı alıb.