Sizin Reklam Burada

Hindistan Aya yumşaq eniş etmiş dördüncü ölkədir

Hindistan Aya yumşaq eniş etmiş dördüncü ölkədir2023-cü il avqustun 23-də Hindistan Ayın əlçatmaz sayılan Cənub Qütbü yaxınlığında yumşaq eniş edən ilk ölkə olmaqla kosmosun tədqiqi salnaməsində özü üçün xüsusi bir yer tutdu. Hindistan bu nailiyyət sayəsində ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş etmiş dördüncü ölkə oldu.

Bu nailiyyət Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbərliyi ilə yaradılmış “Chandrayaan (“Ay Gəmisi”) seriyasının sonuncusu olan “Chandrayaan-3” vasitəsilə əldə edilib. “Vikram” adlı eniş aparatı, “Pragyan” adlı rover və Təkan Modulundan ibarət “Chandrayaan-3” Hindistanın inkişaf edən kosmik imkanlarını nümayiş etdirdi.

Səyahətinə 14 iyul 2023-cü ildə başlayan “Chandrayaan-3”, Ayın yaxınlığına çatmazdan əvvəl təxminən 40 gün ərzində çoxsaylı manevrlər həyata keçirib. Hindistanda kosmosun tədqiqi sahəsində öncüllərdən biri olmuş Vikram Sarabhainin şərəfinə adlandırılan “Vikram” eniş aparatı “Çandra” Səthi Termofiziki Eksperiment (ChaSTE) və Ayda Seysmik Fəaliyyət Aləti (ILSA) daxil olmaqla ən müasir cihazlarla təchiz edilib.

Həmçinin, adı “müdriklik” mənasını verən “Pragyan” roveri elementlərin analizi üçün Alfa Hissəciklərin Rentgen Şüaları Spektrometrini (APXS) və Lazerlə İnduksiya Olunan Qırılma Spektroskopiya (LIBS) qurğularını daşıyır. Əlavə olaraq Ayın orbitindən Təkan Modulu vasitəsilə “Yaşayışa Uyğun Yer Planeti Spektropolarimetriyası” (SHAPE) adlı eksperiment aparılacaq.

Bu nailiyyət Hindistanda böyük bayram əhvali-ruhiyyəsinə səbəb olub. Baş nazir Narendra Modi bunu Hindistanın kosmik sektoru üçün tarixi bir gün adlandırıb və “ISRO”nu “Chandrayaan-3” Ay missiyasının əlamətdar uğuruna görə təbrik edib. “Bu uğur bütün bəşəriyyətə məxsusdur,” - o deyib.

1,4 milyard vətəndaşın ambisiyalarını əks etdirən “Chandrayaan-3”, həmçinin Hindistanın kosmos mühəndislərinin xərcləri səmərəli idarə edərək məqsədə çata bildiklərinin sübutudur. Belə ki, 2023-cü ilin bu missiyası təqribən 74 milyon ABŞ dollarlıq büdcə ilə həyata keçirilib. Bu rəqəm 2013-cü ildə Hollivud blokbasteri “Gravity”nin istehsal dəyərindən azdır ki, bu da Hindistanın kosmik tədqiqatlara xərclər baxımından səmərəli, lakin effektiv yanaşmasını bir daha vurğulayır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər