Helikopter evlərə çırpıldı - Ölənlər var
Dərc olunub:
29-08-2023, 08:43
ABŞ-nin Florida ştatının Pompano Biç şəhərində xilasetmə helikopteri qəzaya uğrayıb.
Avrasiya.net xəbər verir ki, helikopterin yaşayış kompleksinə çırpılması nəticəsində iki nəfər həlak olub.
Helikopterin göyərtəsində üç nəfər olub və yaxınlıqdakı hadisə yerinə gedirmiş.
Qəzanın səbəbi barədə məlumat verilmir.