Yanan meşədə 26 miqrantın cəsədi tapıldı
Dərc olunub:
22-08-2023, 21:01
Yunanıstanın Aleksandrupolis şəhərinin şimal-şərqində, Türkiyə ilə quru sərhədi yaxınlığındakı yanan Dadias meşəsində 26 miqrantın cəsədi tapılıb.
Bu barədə yerli “Newsit.gr” informasiya portalı məlumat yayıb.
Meşədə yanğınlar üç gün əvvəl başlayıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Məlumata görə, yerli sakinlərin itkin düşməsi ilə bağlı heç bir məlumat olmadığından hüquq-mühafizə orqanları tapılan cəsədlərin miqrantlara məxsus olduğunu düşünür.