Sizin Reklam Burada

İŞİD yeni qüvvələr toplayır - Döyüşçülər PKK-nın obyektlərində saxlanılır

İŞİD yeni qüvvələr toplayır - Döyüşçülər PKK-nın obyektlərində saxlanılırİraq və Suriya ərazisində İŞİD terrorçu qruplaşmasının 5-7 minədək silahlısı var.

“Report” “Associated press”ə istinadan xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının hesabatında bildirilib.

Məlumata görə, İŞİD yeni döyüşçülərin cəlb edilməsi və yenidən qruplaşmaya diqqət yetirdiyi üçün hücumlarının intensivliyini bilərəkdən azaldıb.

BMT ekspertlərin qənaətincə, bu terrorçu qruplaşma mövqelərini yenidən ciddi şəkildə gücləndirə bilərlər.

Hesabata əsasən, Suriyanın şimal-şərqindəki İŞİD döyüşçüləri PKK/YPG rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) obyektlərində saxlanılır.

Həmin ərazidəki “Roş” və “Əl-Hol” qaçqın düşərgələrində də İŞİD-lə əlaqəsi və ya qrup üzvləri ilə qohumluğu olan 55 minə yaxın insan var. Onlar 60-dan çox ölkənin vətəndaşlarıdır.

Məlumata görə, terror qruplaşma Suriyanın şimal-şərqindəki düşərgələrlə yanaşı, qonşu ölkələrdə, imkansız icmalarda da yeni döyüşçülər tapmağa çalışır.

Bildirilib ki, İŞİD-in Əfqanıstanda döyüşçülər və ailələri ilə birlikdə 4-6 min adamı var.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər