Sizin Reklam Burada

Danimarka İsveçin ardınca Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndirib

Danimarka İsveçin ardınca Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndiribİsveçin ardınca Danimarka da Quranın yandırılması ilə bağlı hərəkətlərə görə təhlükəsizlik tədbirlərini gücləndirir.

"Report" xəbər verir ki, bu barədə "The Local" məlumat yayıb.

Belə ki, Kopenhagendə nümayişçilərin Quranı yandırdığı son nümayişlərlə bağlı təhdidlərə görə Danimarkanın Almaniya və İsveçlə sərhədlərində nəzarət gücləndiriləcək.

Qərar Milli Polis Kəşfiyyat Xidmətinin tövsiyəsi əsasında qəbul edilib və avqustun 10-dək qüvvədə olacaq.

Bir gün əvvəl müqəddəs kitabın yandırıldığı aksiyalarla bağlı mümkün nəticələrə görə İsveç polisi təhlükəsizlik vəziyyətinin pisləşməsi və terror hücumları riskinin artması ilə əlaqədar milli səviyyədə xüsusi tədbirlər elan edib.

Həmçinin, İsveç hökuməti polisə insanları dayandırmaq və axtarış etmək üçün daha geniş səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini gücləndirib.

Son həftələr Danimarka və İsveçdə Quranın yandırılması və ya başqa şəkildə təhqir olunması ilə bağlı bir neçə etiraz aksiyası keçirilib. Bu, ölkənin müsəlman dünyası ilə münasibətlərində gərginliyə səbəb olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər