Sizin Reklam Burada

İsveçdə Quranı yandıranlar haqqında həbs qərarı verildi

İsveçdə Quranı yandıranlar haqqında həbs qərarı verildiTürkiyə Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Məhkəməsi İsveçdə Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarıb.

"Unikal" xəbər verir ki, məlumata görə, açıq mənbə araşdırmasında ötən gün Stokholmda polisin nəzarətində olan İran əsilli Bəhrami Mərcan adlı şəxsin Quranı yandırdığı müəyyən edilib.

Bundan sonra Baş Prokurorluq “xalqı açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək və ictimaiyyətin bir hissəsi tərəfindən mənimsənilmiş dini dəyərləri açıq şəkildə təhqir etmək” cinayətləri ilə bağlı ex officio araşdırmaya başlayıb.

Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Hakimliyi də şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.

Ankara Respublika Baş Prokurorluğu bu il bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbəri və dini dəyərləri təhqir edənlər, həmçinin Quranın yandırılması ilə bağlı araşdırmalara başlayıb.

Bu çərçivədə İsveç, Danimarka və Hollandiyada Qurana hücum edən şübhəlilər, oxşar hərəkətləri həyata keçirən Rasmus Paludan və Edwin Wagensveld, Salvan Momika, Hanne Kronborg, Lars Theilade, Karin Jorgensen, Bjarne Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Philip Bagge, John Lydeking Andersen eyni cinayətlərə görə həbs ediliblər.

Baş Prokurorluq həmçinin hüquq-mühafizə orqanlarına oxşar əməlləri törədən şəxslərin və sübutların, eləcə də sözügedən adların müəyyən edilməsi ilə bağlı göstəriş verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər