Sizin Reklam Burada

"Pakistan ilə Azərbaycan arasında enerji əməkdaşlığı əlaqələrin inkişafında yeni mərhələdir”

"Pakistan ilə Azərbaycan arasında enerji əməkdaşlığı əlaqələrin inkişafında yeni mərhələdir”“Azərbaycan ilə Pakistan arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş ölkələrin ikitərəfli münasibətlərində daha bir mühüm mərhələdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib.

“Azərbaycandan mayeləşdirilmiş təbii qazın (LNG) alınması Pakistanın enerjiyə olan tələbatını böyük ölçüdə ödəməyə kömək edəcək, eyni zamanda Azərbaycana bu ölkənin idxal bazarında yer tutmağa şərait yaradacaq. Bu, həm də enerji sahəsində gələcək əməkdaşlığa yol açır”, – K.Nəvab vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında bir çox sahələrdə, ilk növbədə enerji və infrastruktur sahəsində əməkdaşlıq üçün böyük potensial var:

“Pakistanın artan enerji tələbatı isə Azərbaycanın enerji şirkətləri üçün perspektivli bazar yaradır. Bundan başqa, buraya kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə, təhsil, eləcə də qida və toxuculuq sənayesi daxildir”.

Ekspert iki ölkə arasında müdafiə sahəsində səmərəli əməkdaşlığı xüsusilə qeyd edib:

“Birgə hərbi təlimlər və yüksək səviyyəli görüşlər hər iki ölkənin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiq edir, regional sabitlik və təhlükəsizliyin vacibliyini vurğulayır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər