Hərbi helikopter qəzaya uğradı - 4 nəfər öldü
Dərc olunub:
29-07-2023, 09:37
Avstraliyanın şimal-şərqində hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə “9News” nəşri məlumat yayıb.
Telekanalın məlumatına görə, qəzaya uğrayan təyyarənin ekipajı “Talisman Saber” hərbi təlimlərində iştirak edirmiş. Hadisə nəticəsində azı 4 nəfər ölüb.
Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı araşdırma aparılır.