"Qalstuk xristian xaçından yaranıb, şəriət onu cırıb məhv etməyi əmr edib” – “Taliban”
“Həm kişilər, həm də qadınlar üçün hər mərhələdə vacib dediyimiz təhsil dini, İslam təhsildir, başqa təhsil deyil”.
“AzPolitika.info” “Tolo news”a istinadla xəbər verir ki, bunu Əfqanıstanın Dəvət və Rəhbərlik İdarəsinin baş direktoru (müvəqqəti hökumət daxilində dini siyasəti müəyyən edən müstəqil qurum) Mohamma Haşim Şaheed Vror Kabildə bir toplantıda çıxışı zamanı deyib. O, həmçinin bildirib ki, qalstuk xristian xaçından yaranıb və şəriət onu cırıb məhv etməyi əmr edib: “Qalstukun tarixi İslamda göz qabağındadır. Qalstuk nədir? Bu xaçdır. Xaç belə görünür. Şəriətdə buyurulub ki, onu cırıb aradan qaldırasan. Xaç bütpərəstlərin simvoludur. Xaç İsanın şəhadətinin simvoludur. Deyirlər İsanı belə asıblar”.
Mohammad Haşam Şaheed Vror əlavə olaraq, kişi həkimlərin qadınları müalicə etməsinin haram (qadağan) olduğunu bildirib.