Kərkükdən Bakıya uçuşlar başlayır
Dərc olunub:
26-07-2023, 16:30
Avqusutun 1-dən "İraq Hava Yolları" şirkəti Kərkük-Bakı-Kərkük istiqamətində birbaşa uçuşlara başlayacaq.
Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov tvitter hesabında bildirib.
“Daha sonra Bakıdan Bağdada, Ərbilə və Bəsrə şəhərlərinə uçuşlar həyata keçiriləcək", - deyə o qeyd edib.